Dənizkənarı Bulvar İdarəsi 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə aksiya təşkil edib.
Bu barədə Oxu.Az-a idarənin Məbuat Xidmətinin rəhbəri Əfsanə Mehdiyeva məlumat verib.
O qeyd edib ki, Dənizkənarı Bulvar İdarəsi uşaqlara beş attraksiondan ödənişsiz istifadə üçün şərait yaradıb. İdarə bu ənənəni artıq uzun illərdir ki, həyata keçirir.
Bu dəfə uşaqlar avtodrom, uşaq pavilyonu, batut, “Karnaval-1” və “Karnaval-2”də əyləncəli anlar yaşayıblar.
Həmin anları əks etdirən fotoları təqdim edirik:








www.102info.az