Neftçalada narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan şəxs saxlanılıb – FOTO

Kriminal


Neftçala Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən “Xaşxaş-2023” şərti adlı kompleks əməliyyat-axtarış tədbirləri çərçivəsində narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, RPŞ-nin Narkotiklərlə Mübarizə Qrupunun əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində narkotik tərkibli çətənə bitkiləri yetişdirməkdə şübhəli bilinən rayonun Qaraqaşlı kənd sakini, əvvəllər məhkum olunmuş Şahin Baxışov saxlanılıb.

Kənd ərazisində yerləşən ona məxsus fərdi yaşayış evinin həyətyanı sahəsinə keçirilən baxış zamanı kultivasiya yolu ilə yetişdirilmiş, hündürlüyü 34-110 sm arası olan və yaş çəkisi 13 kiloqram 400 qram təşkil edən 152 ədəd çətənə bitkisi aşkarlanaraq götürülüb.

Dindirilmə zamanı Ş.Baxışov narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olduğunu etiraf edərək peşman olduğunu bildirib.

Faktla bağlı Neftçala RPŞ-də cinayət işi açılıb, araşdırmalar aparılır.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir