ABŞ Milli Aeronavtika və Kosmik Agentliyi (NASA) yeddi aya yaxındır araşdırma apardığı Uçan Naməlum Obyekt (UNO) və Naməlum Hava Fenomeni (NHF) ilə bağlı ilk dəfə ictimaiyyətə açıq mətbuat konfransı keçirib.
Konfransda bununla bağlı bəzi görüntülər də nümayiş etdirilib.
Dörd saatdan çox davam edən konfransda astronavt Skott Kellinin rəhbərlik etdiyi 16 nəfərlik xüsusi qrupun bu istiqamətdə araşdırmaları ictimaiyyətə açıqlanıb.
Tədqiqat qrupu bəyan edib ki, dünya üzrə rəsmi şəkildə 800-dən çox naməlum hava fenomeni qeydə alınıb ki, bunlardan yalnız 2-5 faizi “Anormal ola bilər” kateqoriyasındadır.
Bildirilib ki, UNO müşahidələrini təkzib etməklə yanaşı bunlarla bağlı sübutlar toplamaq da əhəmiyyət kəsb edir.
NASA qrupunun rəhbəri David Spergel keyfiyyətli məlumatlara ehtiyac olduğunu vurğulayıb. “Öyrəndiklərmizi bir sətirdə ümumiləşdirməli olsam, deyərdim ki, yüksək keyfiyyətli məlumatlara ehtiyacımız var”, – deyə o qeyd edib.
Spergel, həmçinin NASA-nın hər hansı yadplanetli və ya dünyadan kənar canlılarla qarşılaşıb-qarşılaşmaması ilə bağlı sualı da cavablandırıb. “Artıq dünyadan kənar çox sayda planet olduğunu bilirik, ona görə də həyat üçün yüksək potensial mühit mövcuddur. Hələ Yerdən kənarda həyat tapmamışıq, amma axtarırıq”, – deyə o bildirib.
NASA komandası haqqında danışılan məsələlərlə bağlı hesabatın iyul ayında dərc ediləcəyini açıqlayıb.
Mənbə: Haber Global
www.RIA24.az