Sevilən müğənni benefisiarların rəsm fləş-mobuna qoşulub – FOTO

Cəmiyyət


Müğənni, bəstəkar, Xalq artisti Tünzalə Ağayeva Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin qonağı olub. Müğənni mərkəzdə müxtəlif xidmət istiqamətləri üzrə fəaliyyət göstərən studiyalarda təlim prosesini izləyib. Xalçaçılıq sahəsində qabiliyyətini sınayıb. Qonaq repertuarından sevilən mahnıları Mərkəzin istedadlı musiqiçilərinin ifasında dinləyib, gitaraçılarla birgə  mahnısından bir hissə səsləndirib.

Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə mərkəzin həssas əhali qruplarına aid olan azyaşlı benefisiarları üçün rəsm fləş-mobu təşkil edilib. Tünzalə Ağayeva mərkəzin heyəti və benefisiarlara qoşularaq, fləş-mobda iştirak edib və “əl izi”ni molbert üzərindəki tabloya köçürüb.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir