Göyçayda 28 yaşlı gənc qız bədbəxt hadisə zamanı ağır xəsarətlər alıb.
“Report”un məlumatına görə, 1995-ci il təvəllüdlü Aygül Nizami qızı Əliyevanın üzərinə ağac aşıb. Ağır xəsarətlər alan yaralı təcili tibbi yardımın köməkliyi ilə Bakıda yerləşən xəstəxanaların birinə gətirilib.
Müayinə zamanı ona müştərək travma və döş qəfəsinin küt travması diaqnozları qoyulub.
www.102info.az