“Azərbaycanda sosial islahatların növbəti mərhələsində yaşa görə pensiyanın orta aylıq məbləğini 500 manata və ondan da yüksəyə çatdırılması nəzərdə tutulub”.
Oxu.Az-ın məlumatına görə, bunu əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov keçirdiyi mətbuat konfransda bildirib.
Onun sözlərinə görə, son beş ildə orta aylıq pensiya 2,1 dəfə artaraq 431 manata çatdırılıb.
Nazir müavini qeyd edib ki, hazırda 65 yaşdan yuxarı şəxslərin yaşa görə orta aylıq pensiyası 465 manata çatmaqdadır.
İlhamə Əbülfət
www.102info.az