Son vaxtlar pay torpaqlarında yaşayış evlərinin, ictimai iaşə müəssisələrinin tikintisi aparılır, amma belə torpaqlarda bu halın baş verməsi yolverilməzdir. Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hüquq şöbəsinin müdiri Teymur Şəkərəliyev “Ekspert saatı” proqramında deyib. Onun sözlərinə görə, vaxtilə insanlara verilən pay torpaqlarında yalnız əkinçiliklə məşğul olmaq olar: “Qarşıya kənd təsərrüfatı təyinatı olan torpaqların sahəsinin azaldılmaması məqsədi qoyulub. Hər bir torpaq kateqoriyası dəyişdirilirsə, onun əsaslandırılması aparılmalıdır. Torpağın kateqoriyasının dəyişdirilməsi təşəbbüsünü irəli sürən torpaq mülkiyyətçiləri müvafiq qurumlardan bunun üçün rəy və icazə almalıdırlar. Bu prosedur aparılmadan bu kateqoriyalı torpaqlarda tikinti işlərinin aparılması yolverilməzdir