“Azərbaycan Dəmir Yolları” QSC (ADY) martın 9-da, saat 11:00-da 10 min ədəd yararsız şpalın satışı ilə bağlı hər biri 2 lotdan ibarət 2 hərrac keçirəcək. Söhbət başlanğıc qiyməti 5 manat olan 5 min ədəd dəmir-beton və başlanğıc qiyməti 3 manat olan 5 min ədəd ağac şpaldan gedir. İstismara yarasız dəmir yolllarının söküntüsündən əldə olunan bu şpallar alıcılara, onların daşıması şərti ilə səhmdar cəmiyyətinin ölkə ərazisindəki müvafiq müəssisələrində (depo və stansiyalarinda) təhvil veriləcək. Hərracda iştirak etmək üçün hər lot üzrə iştirak haqqı 200 manatdır. Bu məbləğ əlavə dəyər vergisi (ƏDV) ilə birlikdə ADY-nin “Azərbaycan Beynəlxalq Bankı” ASC-dəki hesabına köçürüldükdən sonra tələb olunan sənədlər toplusunu martın 4-nə qədər qurumun Bakı şəhəri, Nəsimi rayonu, Dilarə Əliyeva küçəsi, 230 ünvanında yerləşən inzibati binasına təhvil vermək lazımdır. Əlaqələndirici şəxs Yük daşımaları departamentinin vaqon xidmətinin aparıcı mühəndisi Vüsal Abasovdur. Telefon: (012) 499-41-77: E-poçt [email protected] Hərracda qalib gəlmiş alıcılarla müvafiq müqavilə bağlanılacaq və müqavilə qiymətini 4 bərabər hissəyə bölünməklə malın faktiki ödənilmiş məbləğə mütənasib qismi alıcıya təhvil veriləcək.