Blinken: “Rusiya ordusu nəinki dünyada, Ukraynada belə ikincidir”

Dünya


Rusiya ordusu indi Ukraynaya genişmiqyaslı hücumdan əvvəl olduğundan daha pis vəziyyətdədir.

Bunu Helsinkidə çıxışı zamanı ABŞ dövlət katibi Antoni Blinken deyib.

“Çoxları əmin idi ki, Rusiya ordusu dünyada ikincidir. Çoxları buna inanırdı. İndi biz görürük ki, o, Ukraynada belə ikincidir”, – Blinken deyib.

Dövlət katibi Rusiyanın Ukraynaya qarşı müharibəsini “strateji uğursuzluq” adlandırıb. Onun sözlərinə görə, müharibə Rusiyanın illər sonrası üçün hərbi, iqtisadi və diplomatik gücünü və təsirini azaldıb.

O, həmçinin Rusiyanın Ukraynanın şərqində ələ keçirdiyi ərazilərə nəzarət etdiyi müddətcə atəşkəs çağırışlarını rədd edib.

“Bu, ərazinin Rusiya tərəfindən zəbt edilməsini qanuniləşdirir. Bu, təcavüzkarı mükafatlandıracaq, zərərçəkmişi isə cəzalandıracaq”, – o bildirib.

Mənbə: rbc.ua

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir