Azərbaycan Mülki Aviasiyasının 85 illiyi münasibətilə Heydər Əliyev Beynəlxalq Aeroportunda qeyri-adi fləş-mob keçirilib.
Bu barədə “Azərbaycan Hava Yolları” QSC-nin Mətbuat xidməti məlumat yayıb.
Mülki aviasiya üçün əlamətdar olan bu gündə sərnişinlərə xüsusi sürpriz – gözəl musiqi və yay əhval-ruhiyyəsi təqdim edilib.
Beynəlxalq reyslərin sərnişinləri maraqlı musiqi proqramı ilə qarşılanıb. Fləş-mob hər kəsə mülki aviasiyanın ölkə üçün əhəmiyyətini xatırladan parlaq bir hadisə olub.
Dünən, iyunun 2-də Azərbaycan Mülki Aviasiyası yaranmasının 85 illiyini qeyd edib.
www.RIA24.az