Frontotemporal demensiya diaqnozu qoyulan Hollivud ulduzu Bryus Uillis artıq öz yaxınlarını da tanımamağa başlayıb.
Bu barədə aktyorun qızı Tallulanın müsahibəsindən məlum olub.
O, “Vogue” jurnalına atasının səhhəti barədə danışıb.
“Atam hələ mənim kim olduğumu bilir, otağa girəndə canlanır. Nadir pis günləri nəzərə almasaq, demək olar ki, həmişə məni tanıyır”, – deyə o bildirib.
Onun sözlərinə görə, aktyor hazırda evinin birinci mərtəbəsində yaşayır. Orada birləşmiş şəkildə mətbəx, yemək otağı və qonaq otağı, həmçinin onun ofisi var.
Tallula, xəstəliyin Uillisin hərəkətliliyinə təsir etmədiyini bildirib.
www.RIA24.az