Türkiyədə yoldan keçən gəncin boynuna “bilərzik” keçirdilər – FOTO/VİDEO

Maraqlı


Türkiyənin İzmir şəhərində kompüter şirkətində təcrübə keçən Ahmet Furkan Çetinkaya adlı gəncin başına qəribə və eyni zamanda gülməli hadisə gəlib.

Belə ki, gənc işdən çıxıb evə gedərkən yolda gözlənilmədən yuxarıdan atılan məftil kabel halqası onun boynuna keçib.

Çetinkayanın işlədiyi kompüter şirkətinin yanındakı elektrik malları mağazasında həmin vaxt materiallar yüklənirmiş. Çetinkaya oradan keçdiyi zaman yuxarıdan atılan kabel halqası onun boynuna keçib və hadisəni görənlər məəttəl qalıblar.

“İş yerimdən çıxıb metroya getməyə tələsirdim. Qaçarkən başıma kabel dəydi. Sosial şəbəkələrdə belə bir trend var, topları dəliklərə atırlar, lap o trend kimi oldu. Başıma “bilərzik” keçirdilər. Bir az güldük, sonra yoluma davam etdim”, – deyə o bildirib.

O, bunun maraqlı bir hadisə olduğunu və hər kəsin güldüyünü qeyd edib. “Məşhur oldum, insanlar məni tanıyır. Nə baş verdiyini bilmək üçün ətrafa baxanda çiynimdəki kabeli gördüm. Həmin an yaşadığım şokun təsiri ilə kabeli çıxarıb yerinə qoydum. Təbii ki, ağır bir şey olsaydı, xəsarət alardım. Kabeli atan şəxs dərhal üzr istədi. Əyləndik, güldük”, – deyə o əlavə edib.

Mənbə: Haber Global

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir