Ermənilər 12 yaşlı azərbaycanlı uşağa Şuşa həbsxanasında dəhşətli işgəncə veriblər

Müharibə


Birinci Qarabağ müharibəsində girov götürülərək Şuşa həbsxanasında ağır işgəncələrə məruz qalan azərbaycanlı Cəmaləddin Hüseynov ermənilərin törətdiyi vəhşiliklərdən danışıb.

“Report”un Şuşaya ezam olunan əməkdaşı xəbər verir ki, o, jurnalistlərə açıqlamasında şahidlik etdiyi dəhşətli hadisələri nəql edib.

C.Hüseynov bildirib ki, 1993-cü ildə Ağdam rayonunun Qiyaslı kəndi işğal olunanda 12 yaşında olarkən ermənilər tərəfindən girov götürülüb:

“Bizi Əsgərana gətirdilər və orada bir həftə saxlayandan sonra Şuşa həbsxanasına apardılar. Şuşa həbsxanasına gətirəndən sonra gördük ki, dayanmağa, oturmağa yer belə yoxdur. Çünki həbsxana qız, gəlin, uşaq, qocalarla doldurulmuşdu. Onlar hər kəsə işgəncə verirdilər, xüsusi amansızlıqla qəddarlıq nümayiş etdirirdilər. Ölənləri sürüyüb çıxarmağı bizə əmr edirdilər. Sonra isə meyitləri ekskavatorlar vasitəsilə qazılmış 3, 5 və 10 meyit olmaqla kütləvi məzarlıqda basdırırdılar. Hətta gözümlə görmüşəm ki, hamilə qadınların bətnini yarıb can verə-verə donuzların qarşısına tullayırdılar. Onlar qışqıra-qışqıra donuzlara yem olurdular”.

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir