Sel suları Azərbaycanda suvarmaya necə təsir edib? – AÇIQLAMA + FOTO

Cəmiyyət


“Son günlər regionlarda müşahidə edilən sel və daşqınlarla bağlı “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC-nin istifadəsində olan su təsərrüfatı obyektlərinə heç bir ciddi ziyan dəyməyib”.

Bu barədə Oxu.Az-a açıqlamasında “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC-nin Suvarma şöbəsinin müdir müavini Qulu Kərimov məlumat verib.

O bildirib ki, son günlər Gəncə və Göygöl rayonları ərazisində baş verən daşqınlarla bağlı qurumun həmin ərazidə olan su təsərrüfatı obyektləri hazır vəziyyətə gətirilib:

“Əraziyə dərhal texnikalar cəlb edilib, təmizlənmə işləri aparılıb. Sel və daşqınların ağır fəsadlar yaratmasının qarşısı alınıb. Ciddi fəsadlar qeydə alınmayıb”.

Müdir müavini onu da əlavə edib ki, qısa müddət öncə Xocavənd ərazisindən 30 il ərzində görülməmiş sel suları gəlib:

“Sel suları günün birinci yarısında gəlmiş və zamanında qabaqlayıcı tədbirlər görülüb. Həmin sel suları Yuxarı Mil kanalının qəza sütunlayıcısına, oradan isə Xanqızı kanalına ötürülməsi tam təmin olunub. Çox kiçik ərazilərdə kanaldan su daşması müşahidə edilsə də, heç bir ciddi çətinlik yaranmayıb. Əksinə uzun müddətdir su görməyən Ağcabədi rayonu Xanqızı kanalının sonunda yerləşən Qaradolaq, Avşar, Salmanbəyli kəndlərinin əkin sahələrinin suvarılması həyata keçirilib”.

Könül Cəfərli

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir