İran, Səudiyyə Ərəbistanı, Pakistan və digər region ölkələri Hind okeanının şimal akvatoriyasında dəniz təhlükəsizliyini təmin etmək üçün koalisiya yaratmaq niyyətindədirlər.
Bu açıqlama ilə İran Hərbi Dəniz Qüvvələrinin rəhbəri kontr-admiral Şəhram İrani çıxış edib.
O xatırladıb ki, İran və Oman keçmişdə bir neçə müştərək dəniz təlimi keçiriblər.
“Həmçinin Səudiyyə Ərəbistanı, Pakistan, Hindistan, Birləşmiş Ərəb Əmirlikləri, Qətər, Bəhreyn və İraq da dənizdə əməkdaşlıq etməyə hazırdır”, – deyə kontr-admiral vurğulayıb.
Mənbə: Mehr
www.102info.az