Tailandın Kral Orkestrinə ilk dəfə azərbaycanlı dirijorluq edib – FOTO

Cəmiyyət


Tailandın paytaxtında – Banqkok Beynəlxalq Mədəniyyət Mərkəzinin Böyük zalında azərbaycanlı dirijor, respublikanın Əməkdar artisti, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının baş dirijoru və musiqi rəhbəri Əyyub Quliyevin dirijorluğu ilə Tailand Kral Simfonik Orkestrinin təntənəli konserti keçirilib.

Ölkə tarixində ilk dəfə olaraq musiqi kollektivinə azərbaycanlı rəhbərlik edib. Konsert orkestr rəhbərliyinin və onun yaradıcısı, Tailand şahzadəsi Sirivannavari Rayakanın dəstəyi ilə baş tutub.

Konsert proqramına ən mürəkkəb orkestr əsərləri – İqor Stravinskinin “Od quşu”, Pyotr İliç Çaykovskinin “İtalyan Kapriççiosu” baletindən süita, həmçinin çinli pianoçu Ze-Zenin ifasında fortepiano üçün Sergey Raxmaninovun Paqanini mövzusunda rapsodiyası daxil edilib.

Paqanini rapsodiyasının ifası dahi bəstəkarın 150 illik yubileyinə təsadüf edib və yerli tamaşaçılar tərəfindən gurultulu alqışlarla qarşılanıb. İkinci hissədə Stravinskinin “Od quşu” süitasından sonra tamaşaçılar orkestrin musiqiçilərini və azərbaycanlı dirijoru uzun müddət səhnədən buraxmayıblar.

Musiqiçilər ictimaiyyətin böyük marağını nəzərə alaraq, Jorj Bizenin “Arlezianlı qız” süitasından fraqmentlərdən ibarət növbəti ifanı ediblər. Proqram başa çatdıqdan sonra konsert zalının foyesində musiqisevərlər dirijor Əyyub Quliyev və çinli pianoçu Ze-Ze ilə görüşmək üçün növbəyə düzülüblər.

Qeyd edək ki, Tailand Kral Simfonik Orkestri rəhbərliyinin dəvəti ilə 2024-cü ilin may ayında azərbaycanlı dirijorun rəhbərliyi altında Amerika Baletinin Banqkokda qastrol səfəri olacaq.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir