“Barselona”nın prezidenti Messinin atası ilə görüşdü: Əfsanə geri dönür?

Dünya


PSJ-dən ayrılan Lionel Messi “Barselona”ya qayıda bilər.

Jurnalist Toni Xuanmartinin yaydığı məlumata görə, Kataloniya klubunun prezidenti Xuan Laporta argentinalı futbolçunun atası və meneceri Xorxe Messi ilə görüşüb. Tərəflər “Barsa” rəhbərinin evində bir araya gəliblər. Onlar mümkün qayıdışı müzakirə ediblər.

Lionel Messi 2021-ci ildə “Barselona”dan ayrılaraq PSJ-yə keçib. Onun xidmətində Səudiyyə Ərəbistanının “Əl-Hilal” klubu da maraqlıdır.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir