Baltik dənizində və Kalininqrad vilayətində yerləşən hərbi poliqonlarda Rusiya Federasiyasının Baltik Donanmasının təlimləri başlayıb.
Bu barədə donanmanın mətbuat xidmətindən məlumat verilib.
Qeyd olunub ki, təlimlərə Baltik Donanmasının komandanı, vitse-admiral Vladimir Vorobyov rəhbərlik edir. İyunun 15-dək davam edəcək manevrlər zamanı dəniz kommunikasiyaları və donanma baza nöqtələri istiqamətində təlimlərin keçirilməsi planlaşdırılır.
Ümumilikdə təlimlərə 40-a yaxın suüstü döyüş gəmisi, kater və dəstək gəmisi qatılıb. Bundan əlavə, təlimlərə 2 500-dən çox hərbi qulluqçu, 25-ə qədər təyyarə və helikopter, 500-ə qədər xüsusi texnika da cəlb olunub.
Mənbə: MK.ru
www.102info.az