Kolumbiya prezidenti Qustavo Petro iyunun 4-də bildirib ki, ölkənin prezident aparatının rəhbəri Laura Sarabia və Venesueladakı səfiri Armando Benedetti işdən uzaqlaşdırılıblar.
Bu, sözügedən şəxslərin adlarının hallandığı məişət işçilərinin telefonlarının qeyri-qanuni dinlənilməsi qalmaqalı ilə bağlıdır.
Bildirilir ki, hazırda prokurorlar iddiaları araşdırırlar.
Qeyd olunub ki, Laura Sarabia prezident Petronun ən yaxın məsləhətçilərindən biridir, səfir Armando Benedetti isə dövlət başçısının seçilməsində mühüm rol oynayıb.
Qustavo Petro bəyan edib ki, hər iki şəxsin vəzifədən getməsində məqsəd istintaqın tam etibarlılığını təmin etməkdir.
Mənbə: rossaprimavera.ru
www.102info.az