“Bu il təhsildən yayınma halları minimum səviyyəyə endirilib. Regional təhsil idarələrinin nümayəndələri yerli icra hakimiyyətləri ilə birlikdə bu istiqamətdə ciddi işlər görüblər”.
Oxu.Az-ın məlumatına görə, bunu Elm və Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsilin təşkili və idarə olunması şöbəsinin müdiri Elnur Əliyev deyib.
Onun sözlərinə görə, təhsildən yayınmanın səbəblərindən biri ailələrin əksəriyyətinin kənd təsərrüfatı işləri ilə məşğul olması və buna görə uşaqların dərsə gəlməməsidir:
“Digər səbəb valideyn düşünür ki, uşağı dördüncü sinfə kimi gəlirsə, yazmağı bilirsə, bəsdir. Məktəblərdə davamiyyət məsələsi daha da ciddiləşib və bu istiqamətdə işlər davam etdirilir”.
İlhamə Əbülfət
www.102info.az