Gəncədə qardaşı ilə oynayan zaman binadan yıxılan yeniyetmə öldü – YENİLƏNİB

Cəmiyyət


Gəncədə 5-ci mərtəbədən yıxılan 12 yaşlı oğlan ölüb.

Oxu.Az-ın məlumatına görə, 2011-ci il təvəllüdlü, Gəncə şəhər sakini Ümid Əliyev bu gün Bakıdakı xəstəxanalardan birində dünyasını dəyişib.

Qeyd edək ki, hadisə ötən gün şəhərin 5-ci mikrorayonunda beşmərtəbəli yaşayış binasında qeydə alınıb.

2011-ci il təvəllüdlü, Gəncə şəhər sakini Ümid Əliyev 5 yaşlı qardaşı ilə yaşadığı binanın 5-ci mərtəbəsindəki mənzildə oynayan zaman ehtiyatsızlıqdan pəncərədən yıxılaraq döş qəfəsinin, qarın boşluğunun hematoması və daxili qanaxma xəsarətləri alıb.

Faktla bağlı şəhər prokurorluğunda araşdırma aparılır.

09:52

Gəncədə 12 yaşlı oğlan binanın pəncərəsindən yıxılıb.

Oxu.Az-ın məlumatına görə, hadisə Gəncə şəhərində baş verib.

Belə ki, 2011-ci il təvəllüdlü, Gəncə şəhər sakini Ü.Əliyev beş yaşlı qardaşı ilə yaşadığı 5-ci mərtəbədəki mənzildə oynayan zaman pəncərədən yıxılaraq döş qəfəsinin, qarın boşluğunun hematoması və daxili qanaxma xəsarətləri alıb.

Faktla bağlı şəhər prokurorluğunda araşdırma aparılır.

Samir İsayev

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir