Amerikalı aktyor Harrison Ford həmkarı Bred Pittlə olan münaqişəsindən danışıb.
Onun sözlərinə görə bu, “Şeytanın mülkü” (“The Devils Own”) filminin çəkilişləri zamanı baş verib və oynadığı rolun xarakteri ilə bağlı olub.
“Ssenarini Bred hazırlayıb. Sonra mənə rol təklif etdilər. Bredin personajı çox mürəkkəb xarakterə malikdir, mən isə öz qəhrəmanımın xarakterinin daha çoxşaxəli olmasını istəyirdim. Bu, sadəcə xeyir və şərin döyüşü olmamalı idi”, – deyə aktyor olanları danışıb.
Hollivud ulduzunun sözlərinə görə, onlar filmin rejissoru seçimində uzlaşa bilməyiblər.
Ancaq filmlə bağlı qalmaqal bununla bitməyib. Filmin yaradıcıları orijinal ssenari ilə işləməkdən imtina ediblər. Nəticədə ssenari ən azı yeddi dəfə yenidən yazılıb. Bred Pitt isə son versiyanı tam cəfəngiyyat adlandırıb. O, aktyor heyətini tərk etmək istəsə də, məhkəmə ilə hədələnib.
Qeyd edək ki, filmdə İrlandiya üçün zenit-raket kompleksləri almaq və daşımaq məqsədilə Nyu-Yorka gələn Müvəqqəti İrlandiya Respublika Ordusunun üzvündən və əməliyyat üçün özünü başqası kimi qələmə verən polis məmurundan bəhs edilir.
Mənbə: Lenta.ru
www.RIA24.az