Azad olunmuş ərazilərdə Azərbaycan Ordusu üçün yeni təminat yolları çəkilib – FOTO/VİDEO

Müharibə


Azad edilmiş ərazilərdə Azərbaycan Ordusunun mühəndis-istehkam bölmələri tərəfindən tapşırıqların icrası davam etdirilir.

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Cari ilin iyun ayı ərzində azad olunmuş ərazilərimizdə mühəndis-istehkam bölmələrinin fəaliyyəti nəticəsində 200 hektaradək ərazi minalardan tam təmizlənib. İşğaldan azad edilmiş ərazilərdə bu günədək mühəndis-istehkam bölmələri tərəfindən 30 890 hektardan artıq ərazi mina və partlamamış döyüş sursatlarından təmizlənib.

Bundan başqa, Mühəndis Qoşunlarının digər dövlət qurumları ilə qarşılıqlı fəaliyyəti nəticəsində mürəkkəb relyefli, o cümlədən çətin keçilən qayalıq ərazilərdə avtomobil və döyüş texnikası kolonlarının təhlükəsiz hərəkətinin təmin edilməsi məqsədilə cari il ərzində 9 km-dək yeni təminat yolları çəkilib, 38 km-dək mövcud təminat yolları təkmilləşdirilərək bərpa edilib.

Mina təmizlənmə işlərində əsas səylər azad edilmiş ərazilərdə yaşayış məntəqələri, əkin sahələri, yollar və infrastruktur obyektlərinə yönəldilib.

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir