Narkotik vasitənin təsiri altında avtomobili idarə edən şəxs saxlanılıb

Kriminal


Etibarnaməsiz, sürücülük hüququ olmadan və narkotik vasitənin təsiri altında avtomobili idarə edən şəxs inzibati qaydada həbs edilib.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, iyunun 1-də saat 22 radələrində Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən Bakı-Quba yolunda yerləşən postda nişanın tələbini pozan “Mercedes” markalı avtomobil saxlanılıb. Yoxlama zamanı sürücü, Yevlax rayon sakini Şahin Mustafayevin avtomobili etibarnaməsiz, sürücülük hüququ olmadan idarə etməsi və narkotik vasitənin təsiri altında olması müəyyən edilib. Onun barəsində İnzibati Xətalar Məcəlləsinin 327.1-ci, 332.1-ci, 332.2-ci və 334.1-ci maddələri ilə protokol tərtib edilərək Abşeron Rayon Polis İdarəsinə təhvil verilib.

Abşeron Rayon Məhkəməsinin qərarı ilə Ş.Mustafayev İnzibati Xətalar Məcəlləsinin 334.1-ci maddəsinə əsasən, inzibati qaydada həbs edilib.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir