“Milan”dan “Real Madrid”ə: Uzunmüddətli müqavilə imzalanacaq

Dünya


İcarə əsasında 2021-ci ildən “Milan”da oynayan Brahim Dias “Real Madrid”ə qayıdacaq.

İtalyan insayder Fabritsio Romanonun yaydığı məlumata görə, “kral klubu” 23 yaşlı yarımmüdafiəçi ilə yeni uzunmüddətli müqaviləni razılaşdırıb. Tərəflər müddəti 2027-ci ilin yayına qədər nəzərdə tutulan sözləşmə imzalayacaqlar. Mərakeşəsilli ispaniyalı futbolçu Madrid klubunun əsas fiqurlarından biri olacaq.

Brahim Dias ötən mövsüm “Milan”ın heyətində bütün turnirlərdə 45 oyun keçirib, 7 qol və 7 məhsuldar ötürmə ilə yadda qalıb.

“Real Madrid” müdafiəçisi Naço ilə də müqaviləni yeniləyəcək. Tərəflər artıq razılığa gəliblər.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir