“Arsenal” və “Roma”nın futbolçuları Azərbaycan millisi ilə oyuna çağırıldılar – SİYAHI

Dünya


Estoniya millisinin AVRO-2024-ün seçmə mərhələsində Azərbaycan və Belçika yığmalarına qarşı keçirəcəyi oyunlar üçün heyəti bəlli olub.

Yerli federasiyasının rəsmi saytının yaydığı məlumata görə, baş məşqçi Tomas Heberli 25 oyunçuya dəvət göndərib.

Qapıçılar: Karl Yakob Heyn (“Arsenal”, İngiltərə), Matvey İqonen (“Podbeskidze”, Polşa), Karl Andre Vallner (“Levadiya”);

Müdafiəçilər: Tayo Teniste (“Tammeka”), Karol Mets (“Sent Pauli”, Almaniya), Yoonas Tamm (“Styaua”, Rumıniya), Nikita Baranov (“Pünik”, Ermənistan), Myarten Kuusk, Mixael Lilander, Marco Lukka (hamısı “Flora”), Rasmus Petson, Edgar Tur (hər ikisi “Levadiya”);

Yarımmüdafiəçilər və hücumçular: Konstantin Vasilyev, Henrik Oyamaa, Sten Reinkort (hamısı “Flora”), Henri Anier (klubsuz), Rauno Sappinen (“Stal”, Polşa), Mattias Kyayt (“Rapid”, Avstriya), Erik Sorqa (“Lokomotiv”, Bolqarıstan), Martin Miller (“Flora”), Vlasiy Sinyavski (“Slavaçko”, Çexiya), Markus Poom (“Şemrok Rovers”, İrlandiya), Georgi Tunjov (SPAL, İtaliya), Rokko Robert Şeyn (“Utrext”), Martin Vetkal (“Roma”, İtaliya).

Qeyd edək ki, iyunun 17-də Bakıda Azərbaycan komandasının qonağı olacaq Estoniya seçməsi üç gün sonra Belçikanı qəbul edəcək.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir