Nazirlik rəsmisindən ÇAĞIRIŞ: “Vakansiyadan imtina xərclənmiş vəsaitin israf olması deməkdir”

Cəmiyyət


“Müəllimlərin işə qəbulu imtahanı üzrə 54 minə yaxın namizəd qeydiyyatdan keçsə də, 10 minə yaxını iştirak etməyib”.

Oxu.Az-ın məlumatına görə, bunu Təhsil İnstitutunun İnsan Resursları Mərkəzinin direktoru Nurlan İsmayılbəyli deyib.

O qeyd edib ki, bu, prosesin təşkili üçün xərclənmiş vəsaitin təxminən beşdəbirinin israf olunmasıdır:

“MİQ-in həm test, həm də müsahibə mərhələsində uğur qazanan namizədlərin sonra iş yerindən imtina etməsi bizim manevr imkanlarımıza mane olur. Nəticədə nazirlik bilik və bacarıqları daha aşağı olan şəxsi müddətli əsaslarla işə götürmək və növbəti il yenidən həmin yeri vakansiyaya çıxarmaq məcburiyyətində qalır”.

O qeyd edib ki, bu cür hallar baş verdikdə ən çox əziyyət çəkən şagirdlər olur:

“Çünki hər il yeni bir müəllimlə tədrisə davam edirlər”.

Nazirlik rəsmisi imtahanda iştirak edən şəxslərə də müraciət edib:

“Vakansiya üzrə müraciət edənlər imtina etmək əvəzinə, imtahanda iştirak etsələr, itirəcəkləri heç nə olmayacaq. Həmin şəxslər uğur qazansalar, iş yerləri dəyişəcək, yeni iş imkanı əldə edəcəklər. Yox, uğur qazanmasalar, nəticə aşağı olsa da, heç nə itirməyəcəklər”.

İlhamə Əbülfət

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir