Magistral qaz kəmərində təmir-bərpa və yenidənqurma işləri aparılacaq, üç rayonun qaz təchizatında fasilə yaranacaq.
Bu barədə Oxu.Az-a “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.
Bildirilib ki, 2023-cü ilin payız-qış mövsümündə Gürcüstan Respublikasına təbii qazın fasiləsiz ixrac edilməsi, qaz nəqli sisteminin dayanıqlı və təhlükəsiz istismarını təmin etmək məqsədilə “Qaz İxrac” İdarəsinə məxsus “Qazıməmməd-Qazax” yüksək təzyiqli qaz kəmərində təmir-bərpa və yenidənqurma işləri aparılacaq.
Bu gün saat 14:00-dan etibarən iyunun 8-də işlər başa çatanadək “Qarasu” və “Muğan” QPS-lərdən, həmçinin “Gilan Seramik” MMC qaz ölçü qovşağından qaz təchizatı dayandırılacaq.
Təmir işləri aparılan müddətdə Sabirabad və Hacıqabul rayonlarının bir hissəsinin, Ağsu rayonunun isə Padarqışlaq kəndinin qaz təchizatında fasilə yaranacaq.
www.102info.az