Bakının Sabunçu rayonunda 17 yaşlı piyada yol-nəqliyyat hadisəsi zamanı xəsarət alıb.
“Report”un məlumatına görə, 2006-cı il təvəllüdlü Vüsal Novruzəli oğlu Novruzov yolu keçərkən avtomobil onu vurub.
Yaralı müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.
www.102info.az