Bakıda gözəllik salonunda oğurluq edilib

Kriminal


Bakıda gözəllik salonunda oğurluq olub.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, iyunun 4-də axşam saatlarında Nizami rayonunun Q.Qarayev prospektində yerləşən gözəllik salonlarının birində iki qadının çantasından içərisində ümumilikdə 720 manat pul, bank kartları və sənədlər olan pulqabının oğurlanması barədə polisə məlumat daxil olub.

Nizami RPİ 25-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən Bakı şəhər sakini olan bir yeniyetmə müəyyən olunub.

Faktla bağlı araşdırma aparılır.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir