“Qarabağa aktiv mədəni həyatı qaytarmaq lazımdır”.
Bunu “Report”a açıqlamasında Şuşada “Yenidənqurma, sülh və inteqrasiya: Enerji, iqtisadiyyat, ətraf mühit və kapital” mövzusunda keçirilən beynəlxalq tədbirdə iştirak edən UNESCO-nun Mədəni diplomatiya üzrə xoşməramlı səfiri Hedva Ser deyib.
“İnanırıq ki, Qarabağ bölgəsi bundan sonra da inkişaf edəcək. Hesab edirəm ki, mədəni həyat Qarabağa qaytarılmalıdır. Çünki bildiyimiz kimi, Şuşa bir çox görkəmli şairlərin, müğənnilərin, musiqiçilərin mədəniyyət paytaxtı, doğma şəhəri olub”, – deyə o vurğulayıb.
Onun sözlərinə görə, Azərbaycan və Ermənistan arasında bərpa olunan sülh danışıqları ümid yaradır:
“Azərbaycan uzun müddətdir ki, sülhdən danışır. İndi Ermənistan bunun onlar və bütövlükdə region üçün nə qədər vacib olduğunu başa düşür. Bütün Qafqaz regionunun çiçəklənməsi üçün bu danışıqlar təşviq edilməlidir”.
www.RIA24.az