İrandan Naxçıvana narkotik keçirilməsinin qarşısını alınıb.
Dövlət Sərhəd Xidmətindən verilən xəbərə görə, iyun ayının 6-da saat 23:20-də Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Naxçıvan” əlahiddə sərhəd diviziyasının Ordubad rayonunun Kotam kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində sərhəd naryadının sayıqlığı nəticəsində narkotik vasitələrin qaçaqmalçılıq yolu ilə İrandan Azərbaycan Respublikasına keçirilməsinin qarşısı alınıb və ümumi çəkisi 31 kiloqram olan narkotik vasitə aşkar olunaraq götürülüb.
Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.
www.102info.az