“Yüksək texniki peşə sahəsi üzrə tədris proqramına altı yeni ixtisas əlavə ediləcək”.
Oxu.Az xəbər verir ki, bununla bağlı Peşə Təhsili Agentliyinin direktoru vəzifəsini müvəqqəti icra edən Ceyhun Kərəmov media nümayəndələri ilə keçirilən görüşdə məlumat verib.
O qeyd edib ki, bunlar kompüter şəbəkələri və şəbəkə inzibatçılığı, kənd təsərrüfatı və inşaat texnikası (maşınlarının) istismarı, yeni texniki ixtisaslardan (1 illik) isə rabitə quraşdırıcısı-kabelçi, kombi və kondisioner ustası, planer və mühərrik üzrə mexanik, un üyütmə istehsalının aparatçısı üzrə ixtisaslardır.
Aysel Aslan
www.102info.az