Koreyanın Uşaq Birliyi yaranmasının 77-ci ildönümü münasibətilə Koreya Xalq Ordusuna çoxsaylı reaktiv yaylım atəş sistemi (RYAS) bağışlayıb.
Bu barədə Koreya Mərkəzi Xəbər Agentliyi məlumat yayıb.
Qeyd olunub ki, raket sistemləri üçün vəsait məktəblilərin əmək kampaniyalarında iştirakı hesabına toplanıb. Təhvil-təslim mərasimindən sonra “Oğlan” (Sonyon) adı verilən RYAS hərbi hissələrə göndərilib.
Qeyd edək ki, Koreya Uşaq Birliyi Sovet dövrünün pioner təşkilatının analoqudur. Birliyə 7-14 yaş arası təxminən üç milyon uşaq üzvdür.
www.RIA24.az