DİN-dən aptekdən uşaq yeməyi oğurlayan kişi barədə AÇIQLAMA – YENİLƏNİB

Kriminal


Bakıda aptekdən uşaq yeməkləri oğurlanmasına Daxili İşlər Nazirliyi münasibət bildirib.

Nazirliyin mətbuat xidmətinin əməkdaşı Nurlan Əliyev Lent.az-a bildirib ki, mayın 4-də Yeni Günəşli qəsəbəsi ərazisində yerləşən apteklərin birindən uşaq yeməkləri oğurlamaqda şübhəli bilinən qəsəbə sakini əvvəllər Cinayət Məcəlləsinin oğurluq (177.2.1 və 177.2.2) maddələri ilə məhkum olunmuş 21 yaşlı İlkin Məmişov polis əməkdaşları tərəfindən saxlanılıb. Məhkəmənin qərarı ilə o, 20 sutka inzibati qaydada həbs edilib.

Onun uşaq yeməyini övladı üçün oğurlaması iddiaları həqiqəti əks etdirmir. 

Belə ki, Suraxanı Rayon Polis İdarəsinin 33-cü Polis Bölməsində aparılan araşdırmalarla onun uşaq yeməklərini satmaq məqsədilə oğurlaması məlum olub və o, bunu izahatında da etiraf edib.

14:44

Bakıda aptekdən oğurluq olub.

Lent.az-ın məlumatına görə, hadisə Yeni Günəşli qəsəbəsində qeydə alınıb.

Bir nəfər aptekdən 100 manat dəyərində uşaq yeməyi oğurlayıb. Həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədən 21 yaşlı İlkin Məmişov tutulub.

O, övladı ac qalmasın deyə bu addımı atdığını bildirib.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir