Su sataraq atasına başdaşı düzəltmək istəyən uşağın anası danışdı – VİDEO

Cəmiyyət


Sosial şəbəkələrdə atasına başdaşı düzəltdirmək üçün su satdığını dediyi videosu ilə məşhurlaşan Elvin Yusibov Baku TV-yə danışıb. 

Qardaşı Eminlə birlikdə nənəsinin himayəsində yaşayan Elvin anasını görmək istəmədiyini bildirib: 

“Məhkəmə dedi ki, ya Elvini, ya da Emini götür. Heç birimizi istəmədi. Bizi atıb getdi. Ona nifrət edirəm”. 

Azyaşlıların anası isə açıqlamasında deyib ki, maddi imkanı qənaətbəxş olmadığı üçün aliment verə bilmir: 

“Kimsəsiz insanam. Qonşuların köməyi ilə dolanıram. Elə gün olur ki, ac yatıram. Onlarla görüşmək istəyirəm. Amma məni küçədə görəndə daşa basırlar”.

Ətraflı Baku TV-nin videosunu təqdim edirik:

 

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir