Lənkəranda dayanacaqları ticarət köşklərinə kim çevirir? – FOTO

Cəmiyyət


Lənkəran şəhərinin küçələrində avtodayanacaqlar sökülərək yerində ticarət köşkləri tikilir.

Bu barədə Bizim.media-ya Lənkəran şəhər sakinləri məlumat veriblər. Bildiriblər ki, əvvəllər quraşdırılan dayanacaqlar çox geniş və rahat olub:

“Yayda günəş şüasından, qışda isə yağışdan qorunmaq olurdu. Lakin son vaxtlar dayanacaqlar sökülərək ticarət köşkü ilə əvəzlənir. Sərnişinlərin daldalanması üçün kiçik bir yer saxlanılır. Bu da yaşlı və uşaqların rahat hərəkətini məhdudlaşdırır”.

Məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi ilə əlaqə saxlanılıb. Qurumdan bildirilib ki, ölkə üzrə nəqliyyatın tənzimlənməsi AYNA-nın səlahiyyətinə aid olsa da, bölgələrdəki dayanacaqlar yerli qurumların balansındadır. 

Bundan sonra Lənkəran Şəhər İcra Hakimiyyəti ilə əlaqə saxlanılıb. İcra Hakimiyyətindən bildirilib ki, məsələ araşdırıldıqdan sonra ətraflı məlumat veriləcək.

Mövzu diqqətdə saxlanılır.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir