“Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi tərəfindən həyata keçirilən tədbirlər çərçivəsində ölkəmizdən Türkiyəyə heyvan və heyvan mənşəli məhsulların ixracına nodulyar dermatit xəstəliyi ilə bağlı, Qazaxıstana isə at ixracı və tranzitinə atların manqo xəstəliyi ilə bağlı tətbiq edilmiş məhdudiyyətlər 2021-ci ildən aradan qaldırılıb”.
Oxu.Az-ın məlumatına görə, bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli yerli şirkətlərin “Heydər Əliyev və Azərbaycan sahibkarlığı” adlı tanıtım sərgisində çıxışı zamanı deyib.
Onun sözlərinə görə, Avropa İttifaqına yun, dəri, qurbağa ayaqları və ilbizlərin, eləcə də balıq kürüləri ixracına icazələr əldə edilib.
Sədr qeyd edib ki, ölkədə xırdabuynuzlu heyvanların “taun xəstəliyindən azad” statusunun alınması üçün monitorinqlər keçirilib və zəruri tədbirlər icra olunub.
İlhamə Əbülfət
www.102info.az