2019-cu il təvəllüdlü Rəvan Ramik oğlu Səfiyev bədbəxt hadisə nəticəsində ağır xəsarət alıb.
Bu barədə Oxu.Az-a onun anası İlhamə Səfiyeva məlumat verib.
O bildirib ki, hadisə ehtiyatsızlıq səbəbi ilə baş verib:
“Artıq hadisədən 2 ay yarım ötüb. Belə ki, evdə elektrikli çaydanı qoşub su qızdırırdım. Bu zaman 4 yaşlı oğlum onun kabelindən dartdı. Çaydanda olan su onun başından aşağı töküldü. Biz Tovuzda yaşayırıq. Oradan təcili yardım maşını ilə Bakıya gəldik. Xəstəxanaların birində 10 günə yaxın qaldıq. İmkanımız çatmadığı üçün müalicəni yarımçıq dayandırıb rayona qayıtmağa qərar verdik. Yardımsevər insanların köməyi ilə yenidən Bakıya qayıtdıq və Rəvana dəriköçürmə əməliyyatı oldu. Yoldaşım rayonda göyərti əkib, qapımızda satır. Mən də ona kömək edirəm. Başqa gəlir yerimiz yoxdur. Rəvanın müalicəsi üçün həkimlər 800 manata ehtiyacımız olduğunu bildirirlər. İmkanlı şəxslərdən bu pulu toplayıb Rəvanı sağalda bilməyim üçün mənə dəstək olmalarını xahiş edirəm”.
Əlaqə nömrəsi: 050 346 19 49
www.102info.az