Bir vaxtların tanınmış müğənnisi Züleyxa Rəhimova kimsəsiz vəziyyətdə yaşayır.
Bu barədə Baku TV-də yayımlanan “Arzunun vaxtı” verilişində məlumat verilib.
Dövrünün məşhur simaları ilə eyni səhnədə yer alan müğənni həyat yoldaşından boşandıqdan sonra sənətə başladığını deyib:
“Ağılsızlığımdan ərimdən ayrılıb, müğənni olmuşdum. 18 yaşımda ayrıldım. Oğlumun iki yaşı var idi. Oxumaqla, işləməklə məşğul oldum. Daha sonra ailə qurmadım”.
Züleyxa xanımın sözlərinə görə, vaxtında oğluna və nəvələrinə yetərincə maddi dəstək olsa da, indi onların köməyindən məhrumdur. Elə ona verilən evi də oğluna pul lazım olduğu üçün satıb.
“Oğlum Lənkəranda olur. Mənə dedilər ki, rəhmətə gedib. Amma sonra öyrəndim ki, yalandır”, – deyə o söyləyib.
Birotaqlı, şəraitsiz evdə yaşayan kimsəsiz qadının hazırda köməyə ehtiyacı var.
Daha ətraflı süjetdə:
www.102info.az