Azərbaycan bu gün Ukraynaya daha bir humanitar yardım partiyası göndərib.
“Report” xəbər verir ki, humanitar yardım Ukrayna tərəfindən daxil olmuş müraciəti nəzərə alaraq, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığı ilə təşkil olunub.
Humanitar yüklər su borularından, suyun vurulması üçün nasoslardan, xilasedici jiletlərdən ibarətdir.
Eyni zamanda Ukraynaya 20 ton yanacaq da göndərilib. Bu da xilasetmə əməliyyatlarında istifadə olunan texnika və gəmilər üçün nəzərdə tutulub.
16:38
Azərbaycandan Ukraynaya humanitar yardım göndərilir.
APA xəbər verir ki, humanitar yardım bu gün Heydər Əliyev Beynəlxalq Aeroportundan yola salınır.
Qeyd edək ki, Ukraynadakı Kaxovka SES-in bəndinin dağıdılması ilə əlaqədar yaşanan fəlakətdən zərər çəkən bölgəyə yardım məqsədilə ölkəmizdən Ukraynaya su nasosları, müxtəlif borular, xilasedici gödəkçələr və digər ləvazimatlar göndərilir.
www.RIA24.az