Xersonda azərbaycanlılara məxsus evlər su altında qalıb – VİDEO

Dünya


Ukraynada müharibə davam edir.

Baku TV-nin bu ölkədə olan əməkdaşı Mübariz Aslanov Ukraynadan son məlumatları çatdırıb.

O bildirib ki, ötən gecə paytaxt Kiyev də daxil olmaqla, Jitomir, Çerkası, Dnepropetrovsk, Çerniqov və Xarkov vilayəti Rusiya ordusu tərəfindən dron və raket hücumlarına məruz qalıb. Hücum nəticəsində 10-a yaxın adam yaralanıb, 2 nəfər isə həlak olub.

Qeyd edilib ki, Rusiya ordusu Dnepr çayının sol sahilindən su altında qalan Xerson şəhərini atəşə tutub. Nəticədə 10-a yaxın mülki şəxs yaralanıb:

“Hücum səbəbindən xilasetmə işləri xeyli ləngiyib. Səhərə doğru isə yenidən davam etdirilib”.

O da bildirilib ki, su altında qalan ərazilərdə hələ də kifayət qədər insan qalıb. Onlar arasında həmyerlilərimiz də var.

“Əlirza Ağayev, Musa Tofuyev və Çingiz Həsənova məxsus evləri su basıb. Dnepr çayının sağ sahilindəki həmyerlilərimiz bildirirlər ki, onlarla əlaqə saxlamaq olmur”, – deyə jurnalist vurğulayıb.

Ətraflı Baku TV-nin videosunu təqdim edirik:

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir