Azərbaycanın beynəlxalq axtarışa verdiyi şəxs tutulub.
“Qafqazinfo” xəbər verir ki, Salyan Rayon Polis Şöbəsi tərəfindən barəsində ölkələrarası axtarış elan edilmiş 1985-ci il təvəllüdlü Vüsal Quliyev Rusiya ərazisində saxlanılıb. Onun Azərbaycana ekstradisiyası istiqamətində iş aparılır.
Bildirilir ki, V.Quliyev oğurluq əməlində ittiham edilir. Onun barəsində Salyan RPŞ-də Cinayət Məcəlləsinin 177-ci maddəsi ilə iş açılıb.
www.102info.az