Tayvan çox sayda Çin təyyarəsinin hava məkanını pozduğunu dedi: Yerüstü raket sistemləri göndərildi

Dünya


“J-11” və “J-16” tipli döyüş təyyarələri də daxil olmaqla Çin Hərbi Hava Qüvvələrinə məxsus 37 təyyarə Tayvan hava məkanını pozub.

Bu barədə Tayvan Müdafiə Nazirliyi açıqlama verib.

Nazirlikdən bildirilib ki, “J-11”, “J-16”, “H-6”, “YU-20” və AWACS da daxil olmaqla Çin Hərbi Hava Qüvvələrinə aid 37 təyyarə səhər saatlarından etibarən ard-arda Tayvanın cənub-qərb hava məkanına daxil olub.

Bir neçə təyyarə uzunmənzilli hava kəşfiyyatı təlimi üçün Tayvanın cənub-şərq hava məkanından Qərbi Sakit okeanına giriş edib.

Tayvan Silahlı Qüvvələri ISR sistemi ilə vəziyyəti yaxından nəzarətdə saxladıqlarını bildirib. Eyni zamanda cavab olaraq əraziyə CAP (“Combat Air Patrol” – Silahlı Hava Patrulu) təyyarələri, gəmilər və yerüstü raket sistemləri göndərildiyini qeyd edib.

Mənbə: Haber Global

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir