Əfqanıstanda bir qəzada 24 nəfər həyatını itirib – VİDEO

Dünya


Əfqanıstanın şimalında yerləşən Səri Pul şəhərində sərnişin avtobusu yoldan çıxaraq dərəyə yuvarlanıb.

Hadisə vaxtı nəqliyyat vasitəsində 25 nəfər olub. Qəza nəticəsində onlardan 24-ü həlak olub. Həyatını itirənlər arasında səkkiz nəfər uşaq da var.

Qəzanın sərnişin avtobusunda yaranan texniki nasazlıq nəticəsində baş verdiyi bildirilir.

Mənbə: Sputnik Əfqanıstan

www.102info.az