2022-ci il təvəllüdlü Zeytulla Hüccət oğlu Nuriyev bədbəxt hadisə nəticəsində ağır xəsarət alıb.
Bu barədə Oxu.Az-a onun anası Əlizadə Aygün məlumat verib.
O bildirib ki, hadisə ehtiyatsızlıq səbəbindən baş verib:
“Evdə stolun üzərində içi qaynar su ilə dolu elektrikli çaydan var idi. Yeddi aylıq oğlum onun kabelindən dartıb. Çaydanda olan su üzərinə tökülüb.
Biz Lənkəranda yaşayırıq. Təcili yardım maşını ilə Bakıda xəstəxanaların birinə gətirildik. Hadisədən bir həftə keçib və biz maddi olaraq tükənmişik artıq. Evdə Zeytulladan əlavə, dörd uşağım da var. Onlardan biri serebral iflicdən əziyyət çəkir. Onun müalicələrini çətinliklə qarşılayırdıq. İndi isə körpəmin yanmağı vəziyyətimizi daha da pisləşdirdi. İmkanlı şəxslərdən bizə dəstək olmalarını xahiş edirəm. Bizə ilkin olaraq bu ağır mərhələni keçə bilməyimiz üçün 2 500 manat pul lazımdır”.
Əlaqə nömrəsi: 051-506-91-02 (Aygün xanım)
www.102info.az