Argentinada sürücülük imtahanında qəza – VİDEO

Dünya


Argentinanın Lanus şəhərində 63 yaşlı sürücü namizədi sürücülük vəsiqəsi imtahanında həyəcanlanıb və ortalığı bir-birinə qatıb.

Əyləclə qazı qarışıq salan şəxs idarəetməni tamamilə itirib və küçə lampasına çırpılıb. Avtomobil yanı üstə aşıb və sürücü içərisində qalıb. O, hadisə yerinə gedən yanğınsöndürənlər və sağlamlıq qrupları tərəfindən avtomobildən çıxarılıb və vəziyyətinin yaxşı olduğu açıqlanıb.

Baş verənlər anbaan təhlükəsizlik kamerasına əks olunub və sosial mediada gündəm olub.

Mənbə: Haber Global

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir