Bakının Yasamal rayonunda iki yaşlı körpə yol-nəqliyyat hadisəsi zamanı ağır xəsarət alıb.
“Report”un məlumatına görə, iki avtomobilin toqquşması nəticəsində 2021-ci il təvəllüdlü A.Qədirli ağır xəsarət alıb.
Yaralı təcili tibbi yardım avtomobili ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona qapalı kəllə-beyin travması diaqnozu qoyulub.
Faktla bağlı araşdırma aparılır.
www.102info.az