İsraildə motosiklet partladıldı: Azı 7 nəfər yaralanıb

Dünya


Təl-Əvivin şərqində yerləşən Ramat Qan şəhərində motosikletin partladılması nəticəsində azı 7 nəfər yaralanıb.

Məlumata görə, yaralananlardan biri ağır, digərləri isə yüngül xəsarətlər alıblar. Onların hamısı xəstəxanaya yerləşdirilib.

Qeyd olunur ki, zərərçəkənlər arasında 80 yaşlı İsrail vətəndaşı da var.

Polisin məlumatına görə, motosiklet sürücüsü dəfələrlə asayişi pozan hadisələr törədib. Partlayıcı qurğunu nəqliyyat vasitəsinə kimin yerləşdirdiyi barədə hələlik məlumat yoxdur.

Hüquq-mühafizə orqanları hadisənin qətlə cəhd kimi qiymətləndirir.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir