Bayden əməliyyat olundu

Dünya


Stomatoloqlar bazar ertəsi ABŞ Prezidenti Co Bayden üzərində iltihablı pulpanı – diş boşluğunu dolduran birləşdirici toxumanı çıxarmaq üçün əməliyyat keçiriblər.

Bu barədə Ağ Ev məlumat yayıb.

Dövlət başçısının müalicə həkimi Kevin O’Konnorun sözlərinə görə, ABŞ lideri iyunun 11-də diş ağrısından şikayət edib. Mütəxəssislər Ağ Evdə müayinə keçirib və xəstə dişin depulpasiyası zərurətinə qərar veriblər. Əməliyyat iyunun 12-də baş tutub.

“Prezident proseduru yaxşı keçirib. Heç bir fəsad olmayıb”, – həkim vurğulayıb.

Mənbə: TASS

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir